"Beşiktaş"ın futbolçusu üçün mövsüm başa çatdı

15:51 - 23 Aprel 2018

"Beşiktaş"ın heyətində ciddi itki baş verib.

 

Sportal.az xəbər verir ki, "qara qartallar"ın müdafiəçisi Caner Erken sıradan çıxıb. İstanbul təmsilçisinin sol cinah müdafiəçisi Super Liqanın 30-cu turunda "Yeni Malatyaspor"la qarşılaşmada (3:1) zədələnib.

 

Sağ ayağının diz bağları qopan Türkiyə millisinin üzvünün durumu ciddidi. Müalicəsinə başlanılan Caner Erkin üçün mövsüm erkən başa çatmalı olub. Belə ki, 29 yaşlı müdafiəçi mövsümün qalan matçlarında komandasına kömək edə bilməyəcək.

Xəbər xətti