Klopp: "Roma" ilə oyunlar çox böyük bir mübarizəyə səhnə olacaq"

16:30 - 23 Aprel 2018

"Liverpul"un baş məşqçisi Yurgen Klopp Çempionlar Liqasının yarımfinal mərhələsində rəqibləri olan "Roma" haqda danışıb.

 

Sportal.az xəbər verir ki, alman mütəxəssis İtaliya klubunun ünvanına xoş sözlər səsləndirib. O. "Roma"nın möhtəşəm oyunçularının olduğunu qeyd edib:

 

"Roma" ilə oyunlar çox böyük bir mübarizəyə səhnə olacaq. İtalyanların Ceko, Şik və Cengiz kimi möhtəşəm oyunçuları var. Qrupdan lider olaraq çıxdılar, sonra da "Barselona"nın mübarizədən kənarlaşdırdılar. İndiyə qədər göstərdikləri performans çox təsiredicidi".

 

Qeyd edək ki, bu komandalar arasında ilk oyun sabah İngiltərədə, cavab matçı isə 1 həftə sonra Romada baş tutacaq.

Xəbər xətti