2018-ci il dünya çempionatına gedəcək komadaları tanıyaq: Səudiyyə Ərəbistanı

17:17 - 23 Aprel 2018

İyunun 14-də Rusiyada dünya çempionatına start veriləcək. Mundial şimal qonşularımızın 11 şəhərində baş tutacaq.

 

Turnirdə çıxış edən Səudiyyə Ərəbistan milliyilə sizi qısa şəkildə tanış edirik:

 

Komanda hansı qrupda yer alıb?

 

Səudiyyə Ərəbistanı 2018-ci il dünya çempionatında A qrupunda Rusiya, Uruqvay və Misir ilə birgə yarışacaq.

 

Image result for saudi arabia world cup 2018

 

Səudiyyə Ərəbistanın mundialdakı qrup oyunlarının tarixi:

 

14 iyun. 19:00. Moskva. “Lujniki”. Rusiya – Səudiyyə Ərəbistanı

20 iyun. 19:00. Rostov-na-Don. Uruqvay – Səudiyyə Ərəbistanı
25 iyun. 18:00. Volqoqrad. Səudiyyə Ərəbistanı – Misir

 

Related image

 

Baş məşqçi: Xuan Antonio Piççi

 

Related image

 

2017-ci ilin noyabrında vəzifəyə gələn argentinalı mütəxəssis Səudiyyə Ərəbistanı millisiylə 2 oyuna çıxıb (1 qalibiyyət, 1 bərabərlik).

 

Ulduz oyunçu: Məhəmməd Əl-Sahlavi

 

Image result for mohammed al sahlawi

 

"Əll-Nəsr"də çıxış edən 29 yaşlı hücumçu Səudiyyə Ərəbistanının ən çox qol vuran oyunçusudur. 33 dəfə Səudiyyə Ərəbistanı forması geyinən Əl-Sahlavi bu oyunlarda vurduğu 26 qol ilə ölkəsinin ən güvənilən oyunçusudur.

 

Komandanın dünya çempionatında ehtimal 11-liyi.

 

 

Səudiyyə Ərəbistanı neçə dəfə dünya kubokunda iştirak edib?

 

Image result for saudi arabia world cup 2006

 

Səudiyyə Ərəbistanı 4 dəfə mundiala qatılmaq imkanı qazanıb: 1994; 1998; 2002; 2006.

 

Səudiyyə Ərəbistanının dünya kubokunda ən böyük uğuru nədir?

 

Image result for saudi arabia world cup 2002

 

Səudiyyə Ərəbistanının dünya çempionatında ən böyük uğuru 1994-cü ildə 1/8 finala yüksəlməsidir.

 

Səudiyyə Ərəbistanının mundiallarda ən çox qol vuran oyunçusu kimdir?

 

Image result for sami al jaber

 

Səudiyyə Ərəbistanın Dünya Kubokları tarixində ən çox qol vuran oyunçusu Sami Əl-Jabedir. .Əl-Jaber 4 dünya çempionatında çıxış edib və 3 qol vurub.

Xəbər xətti