2018-ci il dünya çempionatına gedəcək komandaları tanıyaq: Yaponiya

18:58 - 23 Aprel 2018

İyunun 14-də Rusiyada dünya çempionatına start veriləcək. Mundial şimal qonşularımızın 11 şəhərində baş tutacaq.

 

Turnirdə çıxış edəcək Yaponiya millisiylə sizi qısa şəkildə tanış edirik.

 

Image result for japan world cup 2018

 

Yaponiya mundialda hansı qrupda qərarlaşıb?

 

Asiya təmsilçilərindən olan Yaponiya 2018-ci il dünya kubokunda H qrupunda Polşa, Kolumbiya və Seneqal ilə birgə yarışacaq.

 

Related image

 

Komandanın qrupdakı oyunlarının tarixi:

 

19 iyun.   16:00. Saransk. Kolumbiya – Yaponiya

24 iyun.    19:00. Yekaterinburq. Yaponiya – Seneqal

28 iyun.    18:00. Volqoqrad. Yaponiya – Polşa

 

Related image

 

Baş məşqçi: Akira Nisino

 

Image result for akira nishino

 

63 yaşlı mütəxəssis yığmaya yeni baş məşqçi təyin edilib.

 

Ulduz oyunçu: Keysuke Honda

 

Related image

 

Avropada ÇSKA, "Milan" kimi klublarda çıxış edən 31 yaşlı futbolçu ötən yay Meksikanın "Paçuka" klubuna transfer oldu. Millidə ən çox forma geyinən futbolçulardan olan Honda təcrübəsi ilə yığmanın əsas simalarından olacaq.

 

Yaponiyanın dünya çempionatı üçün ehtimal 11-liyi

 

 

Yaponiya neçə dəfə dünya kubokunda işitrak edib?

 

Image result for japan world cup 2002

 

Yapiniya tarixdində 5 dəfə dünya kubokunda iştirak edib:1998; 2002; 2006; 2010; 2014

 

Yaponiyanın dünya çempionatlarında ən böyük uğuru nədir?

 

Yaponiya 5 dəfə iştirak etdiyi dünya kubokundakı ən böyük uğuru 2002 və 2010-cu illərdə qrup mərhələlərindən çıxaraq 1/8 finala çıxmasıdır.

 

Image result for japan world cup 2010

 

Yaponiyanın dünya kubokunda ən çox qol vuran oyunçusu kimdir?

 

Related image

 

Yaponiya millisinin tarixində dünya kubokunda ən çox qol vuran oyunçu 3 qolla Keysuke Hondadır.

Xəbər xətti