Budaq Nəsirova şans verilmədi

01:12 - 24 Aprel 2018

Portuqaliya ikinci liqasında (Sequnda) 35-ci turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Budaq Nəsirovun şərəfini qoruduğu “Sportinq”in B komandası doğma meydanda “Benfika”nın B komandası ilə qarşılaşıb və bu oyundan məğlubiyyətlə ayrılıb - 0:2.

 

Nəsirovun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.

 

"Sportinq" hazırda 36 xalla 20 klub arasında 18-ci pillədə qərarlaşıb.

Xəbər xətti