Braziliyalı qapıçı karyerasını başa vurdu

Braziliya millisinin sabiq qolkiperi Julio Sezar karyerası ilə bağlı önəmli qərar verib.

 

Sportal.az xəbər verir ki, 38 yaşlı "çərçivə qoruyucusu" karyerasını başa vurub. Sezar yetirməsi olduğu Braziliyanın "Flamenqo" klubunda son matçını keçirib.

 

Qeyd edək ki, Julio Sezar 2005-ci ildə "Flamenqo"dan ayrılaraq İtaliyanın "Kyevo" klubuna, daha sonra isə "İnter"ə transfer olmuşdu. Təcrübəli əlcək sahibi karyerasının ən gözəl dövrünü məhz Milan təmsilçisində keçirib. Sezar KPR, "Toronto" və "Benfika"da da çıxış edib.

Tarix: 24 Aprel [01:15]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
12 Dekabr 2018
11  Dekabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio