Ziya Əzizova şans verilmədi

10:52 - 24 Aprel 2018

Hollandiya Birinci Divizionunda (Jupiler Liqa) 37-ci turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, U-21 millimizin üzvü Ziya Əzizovun formasını geyindiyi “Den Boş” doğma meydanda “Emmen”lə qarşılaşıb və bu oyundan məğlubiyyətlə ayrılıb - 1:2.

 

Əzizov matçı sonadək ehtiyat oyunçular skamyasından izləyib.

 

"Den Boş" hazırda 44 xalla 20 klub arasında 16-cı pillədə qərarlaşıb.

Xəbər xətti