I Divizion: turun mərkəzi oyunu canlı yayımlanacaq

11:48 - 24 Aprel 2018

I Divizionun 25-ci turu çərçivəsində lider "Qaradağ Lökbatan" ən yaxın izləyicisi "Xəzər"i qəbul edəcək.

 

Sportal.az xəbər verir ki, liderlərin mübarizəsini "CBC Sport" kanalı canlı yayımlayacaq. Qarşılaşma aprelin 27-də, saat 16:00-da Lökbatan Olimpiya İdman Kompleksinin stadionunda keçiriləcək.

 

Qeyd edək ki, "Qaradağ Lökbatan" 46 xalla turnir cədvəlinin lideridir. "Xəzər" 2 xal geri qalaraq ikinci yerdə qərar tutub. Üçüncü pillənin sahibi olan "Şüvəlan"ın akticində 41 xal var.

Xəbər xətti