"Zirə"də zədə epidemiyası: daha bir futbolçu sıradan çıxdı

12:55 - 24 Aprel 2018

Topaz Premyer Liqasının 25-ci turunda çempionluğu təmin etmiş "Qarabağ"la qarşılaşacaq "Zirə" daha bir itkiylə üzləşib.

 

Sportal.az xəbər verir ki, qəsəbə klubunun yarımmüdafiəçisi Sadio Tounkara da zədəlilərin sırasına qoşulub. Malili futbolçu bu səbəbdən komandasına kömək etməyəcək.

 

"Qartallar"ın heyətində Yovan Krneta, Aleksandr Dedov, Riçard Qadze də zədədən əziyyət çəkir. Aleksandr Şemonayev isə mövsümü başa vurub.

 

Qeyd edək ki, "Zirə" - "Qarabağ" matçı aprelin 27-i, saat 19:00-da baş tutacaq.

Xəbər xətti