"Səbail" Samir Əliyevlə bağlı qərar verdi

13:25 - 24 Aprel 2018

 "Səbail"  Topaz Premyer Liqasında debüt mövsümündə çempionata rəng qatmağı bacardı. Təbii ki, bu mənada komandanın baş məşqçisi Samir Əliyevin işi danılmazdır. Komandanın debüt mövsümündə sərgilədiyi oyun rəhbərliyi də qane edib. 

 

Sportal.az saytının məlumatına görə, "aslanlar" yeni mövsümdə də yola Samir Əliyevlə davam edəcək. Gənc mütəxəssis artıq yeni mövsümün heyətini formalaşdırmaq üçün qollarını çırmalayıb. Bir çox futbolçunun komandadan gedəcəyi dəqiqdir. Yeni mövsüm iddialı komanda qurmaq istəyən çalışdırıcı sərəncamında istədiyi futbolçuları görməyi arzulayır.

 

Qeyd edək ki, Samir Əliyev ötən mövsümdən "Səbail"i çalışdırır.

Xəbər xətti