Poqba: "Mourinyo ilə problemim yoxdur"

15:05 - 24 Aprel 2018

"Mançester Yunayted"in yarımmüdafiəçisi Pol Poqba açıqlama verib.

 

Sportal.az xəbər verir ki, fransalı futbolçu transfer iddialarına aydınlıq gətirib: "Hazırda komandamı düşünürəm. Bir final matçımız var və qarşıdan dünya çempionatı gəlir. Belə olan halda transfer haqda düşünmürəm. Hər yazılan xəbər düzgün olsaydı, görnü, neçə komandada oyanaycaqdım?"

 

Poqba Mourinyo ilə aralarında heç bir problem olmadığını deyib: "Mourinyo ilə problemim yoxdur. Onun da mənimlə problemi olmadığını düşünürəm. O, baş məşqçidir və qərarlar verir. Mən də bir oyunçu kimi onun qərarlarını qəbul edirəm və icra edirəm".

 

Poqbanın "Mançester Yunyted"lə müqaviləsi 2021-ci ilə qədərdir. 25 yaşlı futbolçu bu mövsüm 32 oyundan sonra 5 qol və 12 assistlik performans nümayiş etdirib.

Xəbər xətti