"Neftçi"nin legioneri zədələndi: "Keşlə"yə qarşı oynamayacaq

15:56 - 24 Aprel 2018

“Neftçi” klubunun yeni transferi Soni Mustivar sıradan çıxıb.

 

Sportal.az xəbər verir ki, Azərbaycana gəldikdən bir müddət sonra “Neftçi”nin əsas heyət üzvünə çevrilən haitili yarımmüdafiəçi zədələnib. Mustivar Topaz Premyer Liqasının XXV turunda keçiriləcək “Keşlə” – “Neftçi” matçında iştirak edə bilməyəcək. 

 

Qeyd edək ki, medallar və avrokuboklar uğrunda mübarizəni davam etdirən "Neftçi" aprelin 28-də "Keşlə"nin qonağı olacaq. Sözügedən matç saat 16:00-da başlayacaq.

Xəbər xətti