Anri vəfat etdi

18:18 - 24 Aprel 2018

Fransa millisinin sabiq futbolçusu və baş məşqçisi Anri Mişel vəfat edib.

 

Sportal.az xəbər verir ki, sabiq yarımmüdafiəçi 71 yaşında həyatla vidalaşıb. Mişel futbolçu karyerasının böyük hissəsini “Nant”da keçirib. O, bu komandada 1966-1982-ci illərdə 531 oyun keçirib. Mişel Fransa millisində 58 oyuna çıxıb.

 

Mütəxəssis Fransa, Kamerun, Mərakeş, BƏƏ, Tunis, Kot-d-İvuar, Kenya kimi yığmaları çalışdırmışdı.

Xəbər xətti