"Napoli"nin ulduzu addım-addım "Mançester Siti"yə

19:45 - 24 Aprel 2018

Premyer Liqada sona beş tur qalmış çempionluğunu elan edən  "Mançester Siti" transfer mövsümünü "Napoli"də çıxış edən Jorjinyo ilə açmağa hazırlaşır.

 

Sportal.az xəbər verir ki, ispaniyalı jurnalist Xose Alvares Haya Jorjinyonun agenti Joao Santosun "Mançester Siti"nin futbol direktoru Txiki Beqiristainlə görüşdüyünü və transferin böyük ölçüdə bitdiyini bildirib.

 

"Şəhərlilər"in baş məşqçisi Pep Qvardiolanın israrla istədiyi 26 yaşlı Brazilya əsilli italiyalı yarımmüdafiəçinin "Mançester Siti"də Fernandinyoya əvəzləyicisi kimi alınacaq.

 

Qeyd edək ki, "Napoli"də bu mövsüm ümumilikdə 35 oyuna çıxan Jorjinyo 4 qol və 4 assistlə yadda qalıb.

Xəbər xətti