Van Persi: "5-6 il də oynamaq istəyərəm"

Qış fasiləsində "Fənərbaxça"dan "Feyenoord"a transfer olan Robin van Persi gələcəyi ilə bağlı maraqlı açıqlamalar verib.

 

Sportal.az xəbər verir ki, "karyeranı sonlandırmağı düşünürsənmi" sualını cavablandıran 34 yaşlı hücumçu bunları deyib: "Gələn həftələrdə son qərarımı açıqlayacam. 5-6 il də futbol oynamaq istəyərəm, amma asan deyil. Oynamağa davam etmək istəyirəm, ancaq bu hal yaşımla əlaqəlidir. Bəzən bədən dayanır. Zədədən geri dönüşlər uzun çəkir".

 

Qeyd edək ki, "Feyenoord" ilə 2019-cu ilədək müqaviləsi olan Van Persi Rotterdam klubunda 12 oyunda 6 qol vurub.

Tarix: 24 Aprel [19:51]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
20 May 2018
19  May 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio