Robert Levandovski: "Real" cütün favoritidir"

"Bavariya"nın hücumçusu Robert Levandovski Çempionlar Liqasının yarımfinalında "Real"la qarşılaşacaqları oyunları dəyərləndirib.

 

Sportal.az xəbər verir ki, Madrid klubunun transfer hədəfində olduğu iddia olunan Robert Levandovski cütün favoritinin "Real" olduğunu etiraf etib:

 

"Çempionlar Liqasında iki dəfə ardıcıl qalib olan komandanın favorit olduğu açıqdır. Ancaq bu, bizi dəqiq 100 faiz məğlub edəcəkləri anlamına gəlmir. Son oyunlarda yaxşı vəziyyətdə olduğumuzu göstərdik. Artıq sadəcə, "Real"a diqqət yetirməli və tamamilə oyuna köklənməliyik. Rəqibin səhvlərindən faydalanmaq məcburiyyətindəyik".

 

Levandovski "Real"ın bu mövsüm ÇL-də 15 qol vuran Kriştiano Ronaldodan ibarət olmadığını deyib: "Bu il yaxşı müdafiə olunuruq. Ümid edirəm ki, onu dayandırarıq, amma "Real" tək Ronaldodan ibarət deyil".

 

Qeyd edək ki, "Bavariya" ilə 2021-ci ilədək müqaviləsi olan 29 yaşlı polşalı forvard bu mövsüm 43 oyunda 39 qol vurub və 4 assist edib.

Tarix: 25 Aprel [00:01]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
18 Avqust 2018
17  Avqust 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio