Alveş: "İstəsələr, sabah "Barselona"ya dönərəm"

PSJ-nin müdafiəçisi Dani Alveş "Barselona"ya geri dönə biləcəyi haqda danışıb.

 

Sportal.az xəbər verir ki, sağ cinah müdafiəçisi sabiq komandasına qayıtmağın imkansız olmadığını dilə gətirib: "Barselona" mənim evimdir. Geri dönməyəcəyimi söyləməyim imkansızdır. İstəsələr, sabah dönərəm. "Barselona"dan ayrılarkən pis oldum. 8 ildə 23 kubok qazandıq. Etdiklərimə hörmət qoymadan yola saldılar. Məndən ayrılmağımı istədilər, lakin rədd etdim. Çünki "Barselona" mənim evimdir və evə vida etmək məcburiyyətində deyilsiz".

 

Alveşin PSJ ilə 2019-cu ilə kimi müqaviləsi var. 34 yaşlı futbolçu 2008/2016-cı illərdə "Barselona"da çıxış edib.

Tarix: 25 Aprel [01:33]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
20 May 2018
19  May 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio