Sabiq "Real"lı Azərbaycandan aldığı təklifi rədd edib

Çili milli komandasının sabiq futbolçusu İvan Samorano Azərbaycandan təklif alıb.  

 

Sportal.az xəbər verir ki, 51 yaşlı mütəxəssis açıqlamasında Azərbaycanla yanaşı, Çində işləmək imkanın olduğunu da bildirib. Lakin o, təklifləri məşqçi işləmək istəmədiyi üçün rədd edib.

 

Samoranonun son klubu "Kolo Kolo"ya idman direktoru kimi də qayıtmaq imkanı olub. O, bu təklifə də "yox" cavabı verib.

 

Qeyd edək ki, karyerası ərzində "Sevilya", "Real" və "İnter" kimi klublarda çıxış edən keçmiş hücumçu hazırda ABŞ telekanallarının birində şərhçi kimi fəaliyyət göstərir.  

Tarix: 25 Aprel [11:29]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
24 May 2018
23  May 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio