Tural Axundovdan "Neftçi" AÇIQLAMASI

"Ötən tur "Qarabağ"la oynadıq. Qalib gələrək xal fərqini rəqiblərimizlə artırmaq istəyirdik. Ancaq aılnmadı. Bütün oyunlara 3 xal üçün çıxırıq. 3-cü yerdə möhkəmlənmək istəyirik. Bu mövqeyi əldən vermək istəmirik. Bundan sonra xal itirmək olmaz".

 

Bu sözləri Sportal.az saytına açıqlamasında "Sumqayıt"ın müdafiəçisi Tural Axundov söyləyib. Cinah futbolçusu kubokda mübarizəni dayandırmaqlarına baxmayaraq, komandanda inamın itmədiyini bildirib:

 

"Komandamızda atmosfer normaldır. Futbolda məğlubiyyət qaçılmazdır. Kubokla yanaşı çempionatda da mübarizə aparırdıq. İki cəbhədə "vuruşurduq". Kubok alınmadı, amma 3-cü pilləni qorumaq istəyirik".

 

 

Axundov 3-cü pilləni qorumaq üçün güclərinin yaxşı olduğunu vurğulayıb:

 

"Əlbəttə, əlimizdən gələni edəcəyik ki, mövqeyimizi qoruyaq. Aşağı pilləyə düşmək istəmirik. Avrokuboklara yollanmağı arzulayırıq".

 

 

Mövsümün ən uğurlu komandalarında olan "Sumqayıt"ın futbolçularının adı digər komandalarla hallanır. Millimizin üzvü olan Turalın adı "Neftçi" ilə yanaşı çəkilir. Bu məsələyə münasibət bildirən Axundov real təklif almadığını deyib:

 

"Çox şey yazıla bilər. Amma ortada heç nə yoxdur. Nə danışıq var, nə də görüş. Belə təklif olsa, bildirərəm ki, çempionat başa çatdıqdan sonra danışaram. Ortada 100 faizlik bir şey yoxdur".

Tarix: 25 Aprel [12:06]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
14 Avqust 2018
13  Avqust 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio