Arif Əsədov: "Ola bilər ki, "Sabah" növbəti mövsümdə də I Divizionda çıxış etsin"

12:42 - 25 Aprel 2018

"Komanda son turlardə həm oyun, həm də nəticə baxımdan məni razı salır. İrəliləyiş var".

 

Bu sözləri Sportal.az saytına açıqlamasında I Divizionda çıxış edən "Sabah" klubunun baş məşqçisi Arif Əsədov söyləyib. Mütəxəssis bildirib ki, onların əsas məqsədi komandanı formalaşdırmaq olub:

 

"Bizim qarşımıza Premyer Liqaya vəsiqə qoyulmamışdı. Məqsədimiz komandanı formalaşdırmaq idi. Çempionatın startında bir qədər çətinliklərlə üzləşdik. Ancaq qışda heyəti bir qədər gücləndirdikdən sonra oyun baxımından düzəldik və nəticələr qazandıq. Lisenziya ilə bağlı məsələlər isə bizə aid deyil, bu işlərlə rəhbərlik məşğul olur".

 

Arif Əsədov "Sabah"ın növbəti mövsüm I Divizionda çıxış edəcəyini istisna etməyib:

 

"Perspektivli komanda qurmağı düşünmüşük. Bunun üçün üç il vaxt ayrılıb ki, ilk mövsümdə komanda formalaşdırdıq. Ola bilər ki, "Sabah" növbəti mövsümdə də I Divizionda çıxış etsin, ancaq qarşısına Premyer Liqaya vəsiqə qazanmağı hədəf qoysun. Çempionatın sonlarına az qalıb. Hazırda o oyunları düşünürəm".

Xəbər xətti