"Şaxtyor"da yenidən Luçesku dönəmi başlayır?

14:45 - 25 Aprel 2018

Uzun müddət Ukraynanın "Şaxtyor" klubunu çalışdıran Mirça Luçeksunun ardından bu postu onun oğlu Razvan Luçesku tuta bilər.

 

Sportal.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb. Məlumata görə, Donetsk klubunun mövsümün sonunda Paulo Fonseska ilə müqavilə başa çatacağı üçün baş məşqçi axtarışları edir. Bu səbəbdən də "şaxtaçılar" hazırda Yunanıstanın PAOK klubunu çalışdıran Razvan Luçeskunun üzərində dayanıblar.

 

Qeyd edək ki, Razvan Luçesku 2017-ci ildən PAOK-u çalışdırır. Onun atası Mirça Luçesku isə 2004-2016-cı illərdə "Şaxtyor"un "sükanı arxası"nda olub.

Xəbər xətti