"Neftçi" iki legionerini göndərəcək

14:56 - 25 Aprel 2018

"Neftçi"yə qış transfer pəncərəsində qoşulan Mayk Kampaz uğursuz keçid oldu. Kolumbiyalı futbolçu əsas heyətə düşə bilmir, daha çox əvəzedici heyətdə gününü keçirir.

 

Sportal.az-ın məlumatına görə, yanvardan bəri "Neftçi" boğazına sümük kimi ilişən 30 yaşlı futbolçunun mövsümün sonunda başa çatacaq müqaviləsi yenilənməyəcək və komandadan göndəriləcək. Onunla yanaşı, qışda heyətə cəlb edilən Lukas Qomes də paytaxt klubunun gələcək planlarına daxil deyil. Argentinalı forvardın da başa çatacaq müqaviləsi uzadılmayacaq.

 

Qeyd edək ki, Kampaz Kosta-Rikanın UCR klubundan "Neftçi"yə gəlmişdi. 30 yaşlı Lukas Qomes isə "Venesuela"nın "Deportivo" komandasından "ağ-qaralar"a üz tutmuşdu.

Xəbər xətti