Qalmaqallı İstanbul derbisi ilə bağlı qərar açıqlandı

16:19 - 25 Aprel 2018

Türkiyə Kubokunun yarımfinal mərhələsinin cavab oyunları çərçivəsində baş tutan "Fənərbaxça" - "Beşiktaş" matçı ilə bağlı qərar açıqlanıb.

 

Sportal.az xəbər verir ki, Türkiyə Futbol Federasiyası qalmaqallı derbi ilə bağlı qərar verib. Qərara əsasən İstanbul derbisi 3 may tarixində təxirə salındığı 57-ci dəqiqədən etibarən azarkeşsiz davam etdiriləcək.

 

Qeyd edək ki, derbinin 57-ci dəqiqəsində hesab 0:0 olarkən meydan sahiblərinin azarkeşlərinin davranışlarına görə baş hakim Mete Kalkavan qarşılaşmanı təxirə salmışdı.

Xəbər xətti