Venger gələcəyi ilə bağlı danışdı: "İşləməyə davam edəcəm"

Mövsümün sonunda "Arsenal"da ayrılacaq Arsen Venger gələcəyi ilə bağlı açıqlama verib.

 

Sportal.az xəbər verir ki, 68 yaşlı mütəxəssis məşqçilik karyerasını davam etdirəcəyini deyib: "Düzdü, nə edəcəyimi hələ bilmirəm. Bir müddət dincələcəm, yoxsa yox, hələ qərar verməmişəm. Dəqiq olan budur ki, işləməyə davam edəcəm".

 

Qeyd edək ki, 1996-cı ildən "Arsenal"a rəhbərlik edən fransız çalışdırıcı London klubu ilə 3 dəfə İngiltərə Premyer Liqasının qalibi olub, 7 dəfə isə İngiltərə kubokunu qazanıb.

Tarix: 25 Aprel [18:35]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
26 May 2018
25  May 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio