Azər Məmmədov: "İşimiz çoxdur, çalışmalıyıq"

2003-cü il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan yığması Antalya şəhərində təşkil olunmuş turnirdə Gürcüstana 1:2 hesabı ilə məğlub olub.

 

Sportal.az xəbər verir ki, qarşılaşmadan millimizin baş məşqçisi Azər Məmmədov AFFA-nın rəsmi saytına açıqlama verib:

 

“Beynəlxalq oyun təcrübəsinin azlığına baxmayaraq, uşaqlar özlərini yaxşı tərəfdən göstərmək üçün çalışdılar. Ancaq oyun bir daha göstərdi ki, çox işləməliyik. Aradan qaldırılması vacib çox nöqsanlar var. Gürcüstan yığması oyunu əsasən müdafiədən qursa da, oyun intizamı yüksək səviyyədə idi. Biz də bu baxımdan geri qalmırdıq, amma uşaqlarla işləmək üçün vaxta ehtiyac var. Milli komandada oynamağın necə məsuliyyətli və şərəfli olduğunu, harada olduqlarını tam dərk etməlidilər. Dediyim kimi, işimiz çoxdur, çalışmalıyıq”.

Tarix: 25 Aprel [19:40]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
20 May 2018
19  May 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio