İspaniyada klub prezidenti dələduzluğa görə həbs edildi

İspaniyanın "Las Palmas" klubunun prezidenti Migel Anxel Ramires saxtakarlığa görə həbs olunub.

 

Sportal.az xəbər verir ki, klub prezidenti bu gün səhər saatlarında Qran Kanariya hava limanında tutulub. Biznesmen yerli polis orqanları tərəfindən saxlanılıb. O, 10 milyonlarla avro məbləğində maddi ziyana səbəb olan fırıldaqçılıq və dələduzluqda ittiham olunaraq saxlanılıb. Migel Anxel Ramires aprelin 26-da hakim qarşısında ifadə verəcək.

 

Qeyd edək ki, "Las Palmas" klubunun İspaniya La Liqasını tərk edəcəyi dəqiqləşib. Komanda 34 turdan sonra 21 xalla 19-cu pillədə qərarlaşıb. 

Tarix: 26 Aprel [01:23]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
16 Avqust 2018
15  Avqust 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio