Millimiz beynəlxalq turnirdə iştirak edəcək

Slovakiyada 2000-ci il təvəllüdlü futbolçulardan ibarət yığma komandalar arasında beynəlxalq turnir keçiriləcək.

 

Sportal.az xəbər verir ki, 7-11 may tarixlərində təşkil olunacaq “Slovakia Cup 2018” turnirində Azərbaycanın U-19 yığması çıxış edəcək.

 

8 komandanın  qatılacağı yarışda həmçinin, Slovakiya, Uels, Macarıstan, ABŞ, Çexiya, Ukrayna və Qazaxıstan yığmaları da mübarizə aparacaq. Azərbaycan yığması meydan sahibləri, Uels və Macarıstanla birgə A qrupunda yer alıb:

 

A qrupu: Azərbaycan, Slovakiya, Uels, Macarıstan

B qrupu: ABŞ, Çexiya, Ukrayna, Qazaxıstan

 

7 may

14:00. Azərbaycan – Macarıstan

 

8 may

14:00. Azərbaycan – Uels

 

10 may

14:00. Slovakiya – Azərbaycan

 

Qeyd edək ki, oyunların başlama saatı Bakı vaxtı ilə göstərilib.

Tarix: 26 Aprel [12:57]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
26 May 2018
25  May 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio