Kamran Ağayev Avropaya üz tutur?

Qış fasiləsində Çexiyanın "Mlada" klubundan ayrılaraq Topaz Premyer Liqasında çıxış edən "Keşlə" ilə müqavilə imzalayan Kamran Ağayevin mövsümün sonunda sazişi başa çatacaq.

 

Sportal.az-ın məlumatın görə, azad agent statusuna yiyələnəcək millimizin üzvünün Avropanın ortabab klublarına getmək variantları var. Lakin cari mövsümün gedişində bir neçə oyunu zədə səbəbindən buraxan qapıçı tam formada olmadığı üçün risk etmək istəmir. Onun daha bir mövsüm Azərbaycanda çıxış etmək fikri var. Lakin bu komanda "Keşlə" olmaya da bilər.

 

Qeyd edək ki, 32 yaşlı qapıçı ölkə xaricində "Kayserispor", "Karşıyaka", "Boavişta" və "Mlada" klublarında çıxış edib.

Tarix: 26 Aprel [13:57]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
14 Avqust 2018
13  Avqust 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio