"Bavariya"nın futbolçusu mövsümü başa vurdu: mundialı da buraxa bilər

Çempionlar Liqasının yarımfinal mərhələsində "Real"la ilk oyunun əvvəlində zədələnərək meydanı tərk edən "Bavariya"nın müdafiəçisi Jerom Boatenqin durumu müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, 29 yaşlı futbolçu mövsümün yerdə qalan matçlarında iştirak etməyəcək. Budundan zədələnən müdafiəçi mundialda Almaniya millisinə kömək etməmək ehtimalı da var.

 

Qeyd edək ki, "Bavariya" "Real"a 1:2 hesabıyla uduzub. Cütün cavab matçı mayın 1-də Madriddə keçiriləcək.

Tarix: 26 Aprel [14:21]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
12 Dekabr 2018
11  Dekabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio