Cerrard Şotlandiya klubunu çalışdıra bilər

"Liverpul"un və İngiltərə millisinin sabiq kapitanı, əfsanəvi futbolçu Stiven Cerrard məşqçi kimi Şotlandiyada çalışa bilər.

 

Sportal.az xəbər verir ki, Cerrard bu ölkənin köklü komandası olan "Reyncers"i çalışdıra bilər. Qlazqo klubunun prezidenti Deyv Kinq sabiq futbolçuya müqavilə təklif edəcəklərini deyib.

 

Qeyd edək ki, Cerrard "Liverpul" akademiyasında bütün yaş qruplarına cavabdeh şəxsdir. O, həm də Brtianiyanın "BT Sport" kanalında ekspertdir.

Tarix: 26 Aprel [15:46]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
16 Yanvar 2019
15  Yanvar 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio