İbrahimoviç dünya çempionatına aparılmayacaq

ABŞ-ın "Los-Anceles-Qalaksi" klubunda çıxış edən Zlatan İbrahimoviçin İsveç millisi ilə dünya çempionatında iştirak edib-etməyəcəyi böyük müzakirəyə səbəb olmuşdu.

 

Sportal.az xəbər verir ki, İsveç Futbol Federasiyası bununla bağlı məsələyə nöqtə qoyub. Federasiyadan edilən açıqlamaya görə, İbrahimoviç millinin heyətində mundiala yollanmayacaq. İsveç millisinin idman direktoru Lars Riht açıqlamasında bunları deyib: "Ötən gün Zlatanla danışdım. Mənə qərarının dəyişmədiyini dedi. İbra mundialda bizimlə olmayacaq".

 

İsveç millisində 116 oyun keçirən İbrahimoviç 116 oyuna 62 qol vurub. İbrahimoviç yığma karyerasındakı ilk qolunu 2001-ci ildə DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Azərbaycana vurub.

Tarix: 26 Aprel [17:17]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
15 Oktyabr 2018
14  Oktyabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio