Rəşad Sadıqovun bir mövsümdə 2-ci dəfə çempion olmaq şansı

AFFA U-19 Liqasında gərgin oyunlar keçirilib.

 

Sportal.az xəbər verir ki, Rəşad Sadıqovun baş məşqçisi olduğu "Qarabağ”ın 19 yaşlıları "Səbail”li həmyaşıdlarını qonaq edib. Sadıqovun yetirmələri Vasif Haqverdiyevin komandasını meydana çıxmağa peşman edib. Belə ki, ağdamlılar rəqib qapısından 4 cavabsız top keçirib. "Qəbələ” isə "Neftçi” ilə 1:1 hesablı heç-heçə edib.

 

Bu nəticələrdən sonra "Qarabağ” və "Qəbələ”nin xalları bərabərləşib. Beləliklə, çempionun adına son turda aydınlıq gələcək. Mövsümün həlledici qarşılaşmasında "Qəbələ” ilə "Qarabağ” üz- üzə gələcək. Həmin matç mayın 2-si keçiriləcək və UEFA Gənclər Liqasında təmsilçimiz müəyyənləşəcək. Ötən mövsüm U-19-un qalibi kimi bu turnirdə ölkəmizi məhz Rəşad Sadıqovlu "Qarabağ" təmsil edib. "Səbail”in isə çempionatı 3-cü yerdə tamamlaması rəsmiləşib.

 

Qeyd edək ki, 36 yaşlı Sadıqov "Qarabağ"ın kapitanı kimi cari mövsümdə artıq çempion olub.

Tarix: 27 Aprel [00:47]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
16 Avqust 2018
15  Avqust 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: s[email protected] | site by Five studio