Fərid Nəbiyev Gürcüstanda növbəti qolunu vurdu

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Fərid Nəbiyev Gürcüstanın “Şevardeni” komandasında növbəti oyununa çıxıb.

 

Sportal.az xəbər verir ki, Gürcüstan 2-ci liqasının 8-ci turunda səfərdə “Şukura” ilə qarşılaşan həmyerlimizin komandası bu matçdan qələbə ilə ayrılıb - 3:2.

 

Fərid oyuna start heyətdə meydana çıxıb və 68-ci dəqiqədə əvəzlənib.

 

Matçda hesabı 18-ci dəqiqədə Nəbiyev açıb. 45+2-ci dəqiqədə isə o, komanda yoldaşının qol vurmasına məhsuldar ötürmə ilə kömək edib.

 

Geridə qalan turlarda 5 oyunda forma şansı qazanan Fərid indiyə qədər 2 qol vurub, 2 məhsuldar ötürmənin müəllifi olub.

 

8 turdan sonra hesabında 11 xal olan “Şevardeni” 10 komanda arasında 7-ci pillədə qərarlaşıb.

Tarix: 27 Aprel [10:20]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
14 Avqust 2018
13  Avqust 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio