"Qarabağ"ın futbolçusu Argentinaya qarşı oynaya bilər

12:48 - 27 Aprel 2018

Dünya çempionatına hazırlaşan Argentina millisi mayın 29-da Haiti ilə yoxlama görüşü keçirəcək.

 

Sportal.az xəbər verir ki, “Qarabağ”ın haitili futbolçusu Donald Gerrye millisinin Lionel Messinin kapitanı olduğu Argentinaya qarşı matçda forma geymək ehtimalı böyükdür. Haitili mütəxəssislər yarımmüdafiəçinin mayın 29-da keçiriləcək matçda iştirak etmək şanslarını yüksək qiymətləndiriblər.

 

Qeyd edək ki, sözügedən qarşılaşma Argentinanın “Bombonera” stadionunda keçiriləcək.

 

Əlavə edək ki, 2010-cu ildən Haiti millisinə çağırılan 29 yaşlı futbolçu 41 oyunda 9 qol vurub.

Xəbər xətti