Venger: "Finala çıxa bilərdik, amma şansı əlimizdən qaçırdıq"

"Arsenal"ın baş məşqçisi Arsen Venger UEFA Avropa Liqasının yarımfinalının ilk matçında "Atletiko" ilə 1:1 hesablı nəticədən sonra açıqlama verib.

 

Sportal.az xəbər verir ki, son dəqiqələrdə qol buraxan "topçular"ın baş məşqçisi buna görə məyus olduqlarını dilə gətirib:

 

"İstədiyimiz performansı sərgilədik və hesabda 1:0 önə keçdik. Uzun ötürmələrdə diqqətli olmalı idik. Onların yeganə şansları bu idi. Bütün komanda bərabərlik qolundan sonra yıxıldı. Çox məyusuq. İlk matçda finala çıxa bilərdik, amma fürsəti qaçırdıq".

 

Qeyd edək ki, cütün cavab matçı mayın 3-də, Madriddə baş tutacaq.

Tarix: 27 Aprel [12:55]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
18 Oktyabr 2018
17  Oktyabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio