Dmitri Nazarov: "O qolu qələbəmizə dəyişməyə razı olardım"

13:57 - 27 Aprel 2018

Millimizin və “Aue”nin futbolçusu Dmitri Nazarov "Bild"nəşrinə açıqlama verib.

 

Sportal.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi Almaniya 2-ci Bundesliqasının 31-ci turunda "Duyusburq"a 1:3 hesablı uduzduqları oyunda rəqibin qapısına vurduğu möhtəşəm qol barədə danışıb:

 

"Vurduğum qol heç kimdə xüsusi maraq oyatmadı, heç məndə də. Bu da təəccüblü deyi. Çünki həmin oyunu uduzduq. Mən o qolu qələbəmizə dəyişməyə razı olardım. Ancaq şadam ki, uzun müddətdən sonra qol vurdum. Qol sayını artırmaq üçün qarşıda daha 3 oyun var".

 

via GIPHY

 

 

Nazarov 2-ci Bundesliqanın 32-ci turunda bu gün "Bohum"la keçiriləcək oyun haqda da danışıb: "Əminəm ki, rəqib hücumda oynayacaq. Onların Bundesliqaya yüksəlmək şansı var. Oyun ərzində diqqətli olmalıyıq. Xüsusilə də ilk 20 dəqiqədə. Başımızı itirməməliyik".

 

Qeyd edək ki, “Aue” II Bundesliqada 39 xalla 18 kollektiv arasında 13-cü pillədə qərarlaşıb.

Xəbər xətti