Anar Nəzirov: "Qara zolağ"a düşmüşük, çıxa bilmirik" MÜSAHİBƏ

11:50 - 28 Aprel 2018

Topaz Premyer Liqasının 25-ci turunda "Zirə" evdə "Qarabağ"a 1:2 hesabı ilə uduzub. Matçdan sonra meydan sahiblərinin kapitanı Anar Nəzirov jurnalistlərə müsahibə verib.

 

Sportal.az xəbər  verir ki, təcrübəli qolkiper öncə oyun barədə danışıb:

 

- “Qələbə qazanmaq üçün əlimizdən gələni etməyə çalışdıq. Lakin sonda məğlub oluq. "Qara zolağ"a düşmüşük, çıxa bilmirik. Məşqçinin verdiyi tapşırıqları yerinə yetirmək istəyirik, ancaq oyunumuz alınmır”

 

-Bir xal qazanmaq imkanınız var idi. Amma son dəqiqələrdə buraxılan qolla məğlub oldunuz. Komandada nə çatmadı? 

-“Qarabağ”ın ən güclü oyunçusu son qolda öz sözünün dedi. Onların hər bir futbolçusu fərdi olaraq istedadlıdır və son nöqtəni qoymaqda ustadırlar. Özünüzün də gödüyünüz kimi, vəziyyətimiz yaxşı deyil.

 

- Bu gedişlə Avropa Liqasına vəsiqə qazanmaq şanslarınız azalır...

- Biz hər oyuna ümidlə çıxırıq. Qarşıda üç matçımız var. Ayxan Abbasov da bizimlə söhbət zamanı bildirib ki, hər nə olursa, olsun, sona qədər mübarizə aparacağıq. 

 

- Yəqin ki həmin üç oyun sizin üçün finala bərabər olacaq...

- Əlbəttə, bu oyun da finala bərabər idi. Qalan görüşlərdə də meydana çıxıb əlimizdən gələni edəcəyik. 

 

- Bu gün nümayiş etdirdiyiniz oyunla, qarşıdakı üç görüşdə qələbə qazanacağınıza nə dərəcədə əminsən? 

- Biz meydana çıxıb asan təslim olmadıq. Görüş qarşılıqlı hücumlar şəraitində keçdi. Bildiyiniz kimi, ciddi zədələrimiz də var. Rəqib də güclü idi. Lakin sona qədər mübarizə aparacağıq.

Xəbər xətti