Araz Abdullayev oynadı, komandası evdə büdrədi

00:19 - 29 Aprel 2018

Kipr çempionatında 34-cü turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Araz Abdullayevin formasını geyindiyi “Anortosis” doğma meydanda Limassol AEL-i ilə qarşılaşıb və bu oyundan heç-heçə ilə ayrılıb - 0:0.

 

Araz qarşılaşmanın 63-cü dəqiqəsində meydana buraxılıb.

 

Geridə qalan turlarda 66 xal toplamış Famaqusta təmsilçisi hazırda çempionluq uğrunda mübarizə aparan “ilk altılıq”da üçüncü pillədə qərarlaşıb.

Xəbər xətti