Ufuk Budaksız "Samsunspor" məğlub oldu

00:26 - 29 Aprel 2018

Türkiyə TFF 1-ci liqasında 33-cü turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, millimizin müdafiəçisi Ufuk Budakın formasını geyindiyi “Samsunspor” səfərdə “Girəsunspor”la qarşılaşıb və bu oyundan məğlubiyyətlə ayrılıb - 1:2.

 

Ufuk bu görüşün iştirakçısı olmayıb. Uzun müddət idi zədədən əziyyət çəkən millimizin üzvü ilk dəfə bu matçın iştirak ərizəsinə daxil edilsə də, sonadək ehtiyatda qalıb.

 

“Samsunspor” hazırda 35 xalla 18 klub arasında 16-cı pillədə qərarlaşıb.

Xəbər xətti