Millimizin üzvü mövsümün son matçında şans qazanmadı

11:33 - 29 Aprel 2018

Hollandiya Birinci Divizionunda mövsümün sonuncu - 38-ci turunun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, U-21 millimizin futbolçusu Ozan Can Kökçünün formasını geyindiyi “Valveyk” səfərdə “Helmond Sport” ilə qarşılaşıb və bu oyundan heç-heçə ilə ayrılıb - 2:2.

 

Kökçü bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.

 

“Valveyk” mövsümü 37 xalla 20 klub arasında 18-ci pillədə qərarlaşıb.

Xəbər xətti