Eddi İsrafilov şans qazanmadı

12:12 - 29 Aprel 2018

İspaniya Birinci Divizionunda (Sequnda) 37-ci turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, millimizin yarımmüdafiəçisi Eddi İsrafilovun formasını geyindiyi “Alkorkon” səfərdə “Sevilya Atletiko” ilə qarşılaşıb və bu oyundan məğlubiyyətlə ayrılıb - 0:1.

 

Millimizin üzvünun adı qarşılaşmanın iştirak ərizəsinə də salınmayıb.

 

“Alkorkon" geridə qalan turlarda 43 xal toplayıb və hazırda 22 kollektiv arasında 15-ci pillədə qərarlaşıb.

Xəbər xətti