Montellanı Kaparros əvəzlədi

13:50 - 29 Aprel 2018

Vinçenzo Montellanı istefaya yollayan “Sevilya” mövsümün sonuna kimi müvəqqəti baş məşqçi tapıb.

 

Sportal.az xəbər verir ki, komandanın baş məşqçi postuna Xoakin Kaparros keçib. 62 yaşlı mütəxəssis mövsümün sonuna kimi bu vəzifədə olacaq. O, komandanı avrokuboklara daşımağı üzərinə götürüb.

 

Qeyd edək ki, “Sevilya” 34 turdan sonra 48 xalla 7-ci pillədə qərarlaşıb.

 

Əlavə edək ki, Montella mövsümün gedişində "Milan"dan da qovulmuşdu.

Xəbər xətti