Ziya Əzizov mövsümün son matçında 90 dəqiqə oynadı

15:54 - 29 Aprel 2018

Hollandiya Birinci Divizionunda (Jupiler Liqa) mövsümün sonuncu - 38-ci turunun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, U-21 millimizin üzvü Ziya Əzizovun formasını geyindiyi “Den Boş” səfərdə “Qoy Ehed İqlz” ilə qarşılaşıb və bu oyundan qələbə ilə ayrılıb - 2:1.

 

Əzizov start heyətdə meydana çıxıb və sonadək oynayıb.

 

"Den Boş" isə mövsümü 47 xalla 20 klub arasında 11-ci pillədə başa vurub.

Xəbər xətti