Vyana “Qarabağ”ı 3 xalı 3 qolla qazandı

14:49 - 29 Aprel 2018

Avstriyanın Şərq Regional Liqasında 29-cu turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçular Dmitri Nağıyev, Elvin Bədəlov və Emil Fərzəliyevin formasını geyindiyi Vyana “Qarabağ”ı doğma meydanda “Şvexat”la qarşılaşıb və bu oyundan qələbə ilə ayrılıb - 3:0.

 

Emil və Dmitri bu görüşün iştirakçısı olmayıb. Elvin yenə start heyətdə meydana və sonadək oynayıb.

 

“Qarabağ” hazırda 44 xalla 16 komanda arasında 5-ci pillədə qərarlaşıb.

Xəbər xətti