Millimizin hücumçusu oynamadı, komandası "Sivasspor"a məğlub oldu

15:15 - 29 Aprel 2018

Türkiyə Super Liqasında 31-ci turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Dəniz Yılmazın formasını geyindiyi “Gənclərbirliyi” səfərdə “Sivasspor”la üz-üzə gəlib və bu oyundan məğlubiyyətlə ayrılıb - 0:1.

 

Dəniz sonadək ehtiyat oyunçular skamyasından izləyib.

 

“Gənclərbirliyi” geridə qalan turlarda topladığı 30 xalla 18 iştirakçı arasında 17-ci pillədə qərarlaşıb.

Xəbər xətti