Əsgərov Latviyada növbəti qolunu vurdu

16:00 - 29 Aprel 2018

Latviya birinci liqasında 2-ci turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüqar Əsgərovun formasını geyindiyi “Dauqavpils” səfərdə “Qrobinas”la qarşılaşıb və bu oyundan qələbə ilə ayrılıb - 4:2.

 

Vüqar start heyətdə meydana çıxıb və sonadək oynayıb. Komandasının üçüncü qolunu da 64-cü dəqiqədə məhz Əsgərov vurub. Bu, onun artıq yeni mövsümdə vurduğu ikinci qoldu.

 

“Dauqavpils” iki turdan sonra 6 xalla daha 3 komanda ilə birgə zirvəyə şərikdi.

Xəbər xətti