Samir Abasov: "Başqa məsələlər haqda düşünürsə, deməli, düzgün etmir"

“Dünənki rəqiblərimizin məğlubiyyətindən istifadə etmək istəyirdik. Amma bacarmadıq”.

 

Sportal.az saytının məlumatına görə, bu sözləri “Sumqayıt”ın baş məşqçisi Samir Abbasov deyib. “Kimyaçılar” Topaz Premyer Liqasının XXV turunda öz meydanında “Səbail”i qəbul edib. Görüş qonaq komandanın qələbəsi ilə yekunlaşıb - 2:1.

 

Oyundan sonra baş tutan mətbuat konfransında iştirak edən mütəxəssis fikirlərini bildirib:

 

- Görünən odur ki, son tura qədər əziyyət çəkəcəyik. Hər şey özümüzdən asılıdı. Bugünkü oyuna görə heç kimi günahlandırmaq istəmirəm. Udmaq istəsək də, alınmadı. Növbəti oyunlara hazırlaşmalıyıq. Qələbə qazansaydıq, avrokuboklara yerimizi təmin edəcəkdik.

 

- Nəticəni ədalətli hesab etmək olar?

- Əlbəttə, rəqib qələbə qazanıbsa, deməli, layiqdilər. Deyərdim ki, bizim şanslarımız çox oldu. Bu oyunda heç-heçə etsək də, təəssüflənəcəkdim. Çünki qələbə qazanmaq üçün biz sona qədər döyüşürdük. Düzdü, “Səbail” bu gün 4 qol vura bilərdi. Epizodlara görə qalib bizik.

 

- İkinci hissədə etdiyiniz dəyişikliklər öz sözünü dedi. Oyunun gedişində başlanğıcdan bu heyətlə oynamaq lazım olduğunu düşünmədiniz?

- İkinci hissədə sistemi dəyişməyə məcbur oldum. Çünki bəzi futbolçular sona qədər döyüşə bilmədilər. Elnur Abbdullayevin təcrübəsinə güvənsək də, sonradan dəyişiklik etməyə məcbur oldum. Əgər şansları dəyərləndirsəydik, bu gün belə danışmazdıq. Sadəcə, alınmadı.

 

- Fərhad Vəliyevə oyundan sonra nə dediniz?

- Bu gün ciddi səhvi olmadı. Epizodlara baxdıqdan sonra danışmaq olar.

 

- Kubokdakı məğlubiyyətdən sonra komanda özünə gələ bilmir.

- Bu fikirlə razı deyiləm. Bizim şansları dəyərləndirə biləcək hücumçuya ehtiyacımız var. Əlimizə düşən şansları dəyərləndirə bilsəydik, indi hücumçu qıtlığından danışmazdıq. Amili başlanğıcdan meydana buraxmadığımı nəzərdə tutursunuzsa, bu gün heç bir varinatda onunla başlamayacaqdıq. Çünki bizim öz gedişlərimiz var idi.

 

- Cavid İmamverdiyev son 3 oyunda futbol oynamır. Bu fikirlə razısınız?

- Fikrinin harda olduğunu deyə bilmərəm. İnanmıram ki, başqa şeylər haqda düşünür. Məncə, Cavid meydanda ürəklə oynayır. Əgər başqa məsələlər haqda düşünürsə, deməli, düzgün etmir. (Futbol11.az)

Tarix: 29 Aprel [21:42]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
24 May 2018
23  May 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio