Rövlan Muradov 90 dəqiqə oynadı, “Slaviya” lider oldu

00:39 - 30 Aprel 2018

Çexiya yüksək liqasında mübarizə aparan klubların U-21 komandaları arasında təşkil olunan ölkə birinciliyində növbəti oyunlar keçirilib.

 

Sportal.az xəbər verir ki, U-21 millimizin üzvü Rövlan Muradovun formasını geyindiyi Praqa “Slaviya”sının gənclərdən ibarət kollektivi doğma meydanda “Yablonets”lə qarşılaşıb və bu oyundan qələbə ilə ayrılıb - 2:1.

 

Start heyətdə meydana çıxan futbolçumuz sonadək oynayıb.

 

“Slaviya” hazırda 9 xalla 10 komanda arasında 1-ci pillədə qərarlaşıb.

Xəbər xətti