Quliyev oynadı, “Rostov” qələbə qazandı

10:57 - 30 Aprel 2018

Rusiya Premyer Liqasında 28-ci turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Ayaz Quliyevin formasını geyindiyi “Rostov” doğma meydanda “Tosno” ilə qarşılaşıb və bu oyundan qələbə ilə ayrılıb - 2:0.

 

Ayaz start heyətdə meydana çıxıb və 69-cu dəqiqədə əvəzlənib. 55-ci dəqiqədə isə Quliyev sarı vərəqə ilə cəzalanıb.

 

“Rostov” geridə qalan turlarda topladığı 34 xalla 16 kollektiv arasında 11-ci pillədə qərarlaşıb.

Xəbər xətti