"Qarabağ" "Neftçi" önünə Almeydasız çıxacaq

11:51 - 30 Aprel 2018

"Qarabağ" Topaz Premyer Liqasının 26-cı turunda “Neftçi” ilə qarşılaşacaq.

 

Sportal.az xəbər verir ki, Ağdam klubu oyuna itkiylə çıxacaq. Komandanın yarımmüdafiəçisi Riçard Almeyda son turda "Zirə" ilə görüşdə sarı vərəqə almaqla cəzalı duruma düşüb. Sarı vərəqə limitini dolduran millimizin üzvü "Neftçi" ilə matçda çıxış etməyəcək.

 

Qeyd edək ki, “Qarabağ” – “Neftçi” oyunu mayın 6-da “Azərsun Arena”da keçiriləcək.

Xəbər xətti